Azedu.az

Buraxılış və qəbul imtahanları yalnız bu halda bir yerdə keçirilə bilər - Məleykə Abbaszadə

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Aprel 2020, 12:46
Buraxılış və qəbul imtahanları yalnız bu halda bir yerdə keçirilə bilər - Məleykə Abbaszadə

“Hamının bir dəfə pulsuz imtahanda iştirak etmək qaydası qalır. Şərait imkan versə, iki dəfə imtahan keçirərik. Amma bu şərait olmasa və bizə deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”.

 

AzEdu.az xəbər verir ki,  bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

 

M.Abbaszadə hələlik konkret qərar olmadığını bildirib: “Hələ dəqiqliklə deyilməyib ki, imtahan 1 ay ərzində olmalıdır, yoxsa 2 ayda. Ümidvarıq ki, 2 dəfə keçirə bilərik”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox