İmtahanların formatında müəyyən dəyişikliklər nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.
O bildirib ki, sanitar-gigiyenik tələblərdə mütləq dəyişiklik ediləcək:
“Karantin rejimi tətbiq olunan zaman vətəndaşlar evdən icazəsiz çıxa, rayondan rayona gedə bilməz. Rejimin qaydalarına uyğun olaraq formatı müəyyənləşdirəcəyik. Bizim imtahanlarımız kütləvi xarakter daşıyır. Sanitar-gigiyenik tələblər mütləq dəyişəcək. Əvvəllər bir partada iki nəfərin oturmasına icazə verirdik, ancaq artıq uşaqlar partalarda bir-bir oturacaq və onların arasında metr yarım məsafə olacaq.
Hətta martın 1-də keçirilən imtahanda biz uşaqların hərarətini yoxlayırdıq, istiliyi yüksək olanlar imtahanlara buraxılmamışdı. Binaların sanitar-gigiyenik qaydalara uyğun olaraq dezinfeksiya edilməsi də əsas şərtlərdəndir”.