Rusiyanın Krasnoyarsk şəhərində məktəbə hücum planlaşdıran yeniyetmə saxlanılıb.
AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmət (FTX) məlumat yayıb.
Məktəbə hücum etmək istəyən 2006-cı il təvvəllüdlü yeniyetmədən içi güllə ilə dolu ov tüfəngi, partlayıcı olduğu güman edilən qurğu, həmçinin əlaqə vasitələri və gündəliyi götürülüb.
Bildirilib ki, gündəlikdə onun cinayəti planlaşdırması ilə bağlı məlumatlar yer alıb.