Azedu.az

Bakıda məktəbdən büst oğurlandı

14 Aprel 2020, 20:51
Bakıda məktəbdən büst oğurlandı

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.



AzEdu.az   "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.



Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.



Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.



Faktla bağlı araşdırma aparılır.



Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox