Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə. aprelin 13-ü saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.
Nəticədə X.Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, E.Vəliyev Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru olub.