Azedu.az

Şəmkirdə ağır yol qəzasında ölənlərdən biri məktəb direktoru olub 

14 Aprel 2020, 09:14
Şəmkirdə ağır yol qəzasında ölənlərdən biri məktəb direktoru olub 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub. 

FHN-dən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlunun meyitlərini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyev, digəri isə rayon sakini Abbasov Xəqanidir. (Apa.az)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox