Azedu.az

Fransada ödənişsiz təhsil almaq istəyənlərə əla şans - Sənəd qəbulu başlayıb

12 Aprel 2020, 14:52
Fransada ödənişsiz təhsil almaq istəyənlərə əla şans - Sənəd qəbulu başlayıb

Fransanın Azərbaycandakı Səfirliyi/ Ambassade de France en Azerbaïdjan /  (Institut Français d'Azerbaïdjan-nın nəzdində yerləşən Campus France Bakou ofisi) 2020-2021-ci tədris ilində Fransada ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş Fransa hökumətinin təqaüdləri və fərqləndirilmiş qeydiyyat haqları üzrə güzəştlər kampaniyasını açıq elan edir.

 

AzEdu.az xəbər verir ki, 2020-ci tədris ilinin əvvəlində Fransada təhsil almaq planınız varsa, siz Fransa Səfirliyinin təklif etdiyi Fransanın Dövlət Təqaüdünü qazanmaq və ya fərqləndirilmiş qeydiyyat haqqından azad ola bilərsiniz.
Müraciətlər 2020-ci il 5 iyun tarixinə qədər açıqdır.

Aşağıdakı elan vasitəsilə təqaüd proqramının şərtləri haqqında məlumatları əldə edə bilərsiniz. Əlavə suallarınız olduğu təqdirdə “Campus France Azerbaïdjan bürosuna müraciət edə bilərsiniz.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox