Azedu.az

Şəki Uşaq Musiqi Məktəbinin müəllimlərindən xeyirxah təşəbbüs

10 Aprel 2020, 13:09
Şəki Uşaq Musiqi Məktəbinin müəllimlərindən xeyirxah təşəbbüs

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin bir qrupu talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirib.

Şəki Regional Mədəniyyət İdarəsindən AzEdu.az bildirilib ki, aksiyanın keçirilməsində məqsəd koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə irsi qan xəstəliklərindən əziyyət çəkən talassemiyalı xəstələrin, xüsusilə uşaqların donor qanına olan tələbatınn ödənilməsinə dəstək olmaq və insanların diqqətini bu vacib problemin həllinə yönəltməkdir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox