AzEdu.az xəbər verir ki, Web of Science və Scopus kimi nüfuzlu məlumat bazalarında indekslənən və impakt faktoru 0,751 olan jurnalda nəşr olunan məqalədə (“[Polymorphic Transformations in the K0.945Ag0.055NO3 Single Crystal](//link.springer.com/article/10.1134/S1063774520020169)”) kristalloqrafiya və kristallar fizikası ixtisası üzrə üzvi və qeyri-üzvi birləşmələrin kristallarında polimorf çevrilmələrin mexanizmi araşdırılıb. Məqalədə eyni zamanda, polimorf çevrilmələrin morfologiya və kinetikasının tədqiqi, polimorf modifikasiyaların kristal quruluşunun rentgenoqrafik tədqiqi sahəsində elmi araşdırmalar verilib.