Azedu.az

Bu ölkədə məktəblər açıldı-Karantin geridə qaldı

Xaricdə Təhsil

8 Aprel 2020, 16:31
Bu ölkədə məktəblər açıldı-Karantin geridə qaldı

 

 

Dünyanı öz təsiri altına almaqda davam edən koronavirus Çində artıq bitmə nöqtəsinə gəlib.

 

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Çində yoluxma sayının kəskin azalması səbəbindən ölkənin bəzi bölgələrindəki məktəblər açılıb.

 

Belə ki, İç Monqolustan Özərk ərazisində 370 min məktəbli təhsil həyatına geri dönüb.

 

Həmçinin, Jianqsu bölgəsində də doqquzuncu və on ikinci sinifdə oxuyan şagirdlər məktəbə getməyə başlayıblar.

 

Bu təhsil müəssisələrində virus əleyhinə hər cür tədbirlər görülür. Şagirdlər məktəb binasına daxil olmazdan əvvəl istilikləri ölçülür və “bir metrə məsafə” qaydasına riayət olunur.

 

Qeyd edək ki, hökumətin qərarına əsasına, yanvar ayından etibarən Çində ali və orta təhsil müəssisələrində tətil elan edilmişdi.

 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox