Koronavirus təhlükəsini qarşısının alınması məqsədilə xeyli tədbirlər təxirə salınıb, vacib məsələlər isə onlayn müzakirə edilib.
Həmçinin Milli Məclisdə bəzi komitə iclasları da onlayn şəkildə keçirilib:
Millət vəkili, Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında komitənin növbəti iclasından danışıb.
“Hələ ki iclasın nə vaxt və hansı qaydada keçirilməsi barədə məlumat verilməyib. Komitənin iclası növbəti həftələrdə keçirilə bilər”.
Qeyd edək ki, Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə Milli Məclisin aprelin 9-da nəzərdə tutulan plenar iclası elektron qaydada keçirilməyəcək. İclas normal qaydada olacaq.