Koronavirus pandemiyası ilə əlaqədar ölkə səviyyəsində karantin rejiminin tətbiqini, eləcə də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin magistrantlar üçün distant təhsilin təşkili ilə bağlı sərəncamını nəzərə alaraq Şamaxı Astrofizika Rəsədxanasında magistrantlar üçün dərslər distant qaydada təşkil olunur. AMEA-dan AzEdu.az-a bildirilib ki, rəsədxananın birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq qurumun aparıcı alimləri tərəfindən onlayn formada həyata keçirilir.
İkinci kurs magistrantlar isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub. Bundan başqa, onların dissertasiya işlərinin yazılıb tamamlanması üçün elmi rəhbərləri tərəfindən mütəmadi olaraq telegörüşlər keçirilir