Beynəlxalq Hədəf Qrupu müəllimləri dəstəkləməyə çağırır
AzEdu.az xəbər verir ki, dünyanın 165 ölkəsində, təxminən 63 milyon müəllim COVID-19 pandemiyasına görə məktəblərin bağlanması səbəbindən əziyyət çəkir. Bu müəllimlər sayının artacağı proqnozlaşdırılan, təxminən 1.5 milyard tələbə üçün öyrənmənin davamını təmin etmək məqsədilə qabaqlayıcı tədbirlərin ön cərgəsindədir. Onlar hər yerdə məktəb rəhbərləri ilə birlikdə tez bir zamanda səfərbər olaraq rəqəmsal texnologiyalardan istifadə etməklə tələbələr üçün məsafədən keyfiyyətli öyrənməni təmin etmək üzrə yeniliklər tətbiq edirlər. Müəllimlər, həmçinin uşaqların təhlükəsizliyi üçün virusla bağlı maarifləndirmədə də başlıca rol oynayırlar.
Bu görünməmiş situasiya müəllimləri, tələbələri və ailələri stress vəziyyətinə salıb. Bəzi hallarda, artıq virusa məruz qala biləcək müəllimlər COVID-19 riskinin yayıldığı vəziyyətlərdə özləri narahatlıq hissinin öhdəsindən gəlmək üçün çalışırlar. Digərləri praktiki olaraq, təlim və ya dəstək almadıqları metodların köməyi ilə keyfiyyətli təlimin təmin edilməsi stressi ilə yaşayırlar. Bir çox ölkələrdə müqavilə üzrə işləyən müəllimlər, əvəzedici müəllimlər və ya köməkçi təhsil işçiləri müqavilələrinin pozulması, dolanışıqlarının çətinləşəcəyindən dolayı narahatdır.
YUNESKO nəzdində yaradılmış Beynəlxalq Hədəf Qrupu (Teachers Task Force) böhran dövründə müəllimlərin müdafiəsi, dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib. Çağırışda müəllimlər üçün liderlik, maliyyə və maddi qaynaqlar böhran dövründə keyfiyyətli tədris və öyrənmənin məsafədən davam etdirilməsi, təhsilin tezliklə bərpa olunması üçün zəruri hesab edilir.
Hədəf qrupu hökumətlər, təhsil qurumları, sponsorlar, bütün müvafiq dövlətlər və özəl tərəfdaşlara müraciət edir:
Qeyd edək ki, Beynəlxalq Hədəf Qrupu (Teachers Task Force) 90-dan çox dövlətin, 50-yə yaxın beynəlxalq və regional təşkilatın (BMT, vətəndaş cəmiyyəti təşkilatları, təhsil qurumları və fondlar) qlobal şəbəkəsidir, müəllim və öyrənmə problemlərini təşviq etmək üçün çalışır . BMT-nin 2030-cu il üzrə 4-cü Davamlı İnkişaf Məqsədinə nail olmaq üçün ixtisaslı müəllimlərin təmin olunması səylərini koordinasiya edən beynəlxalq bir ittifaqdır.
Qeyd edək ki, Katiblik Parisdə YUNESKO-nun mənzil-qərargahında yerləşir.