Azedu.az

Milli Kitabxana da nəcib təşəbbüsə qoşuldu -30 min ianə verdi

Maraqlı

29 Mart 2020, 16:45
Milli Kitabxana da nəcib təşəbbüsə qoşuldu -30 min ianə verdi

Azərbaycan Milli Kitabxanası dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

 

AzEdu.az xəbər verir ki, Milli Kitabxana ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox