Dərslərin təxirə salınması müddətinin uzadılması ən çox abituriyentləri və onların valideynlərini narahat edir.
AzEdu.az xəbər verir ki, bu narahatlığı aradan qaldırmaq məqsədilə gənc müəllimlər onlayn dərslərdən əlavə, digər şəbəkələrdə müxtəlif fənlərdən izahlar təqdim edirlər.
Abituriyentlərə kömək məqsədilə yaradılan "Tələbə OL" adlı Youtube kanalında Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən xeyli sayda video izah yerləşdirilib.
Qeyd edək ki, koronavirus səbəbilə bütün dərslər tam ödənişsizdir.