Azedu.az

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Nə? Harada? Nə zaman?”

Məktəblər

29 Mart 2020, 13:23
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Nə? Harada? Nə zaman?”

 

AzEdu.az xəbər verir ki, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan  “Nə? Harada? Nə zaman?” intellektual oyununun dördüncü zona birinciliyi keçirilib.

 

Əvvəlcə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

 

Gərgin keçən mübarizədə Aşağı Cürəli kənd tam orta məktəbinin “İstiqlaliyyət” komandası birinci, Əsgərabad kənd tam orta məktəbinin “Apokalipsis” komandası ikinci və Ovçubərə kənd tam orta məktəbinin “Ovçular” komandası isə üçüncü yeri qazanıblar.

 

Qaliblər Biləsuvar Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.
                           

Arzu HÜSEYNOVA (Azərbaycan müəllimi)

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox