ABŞ-ın "Adobe" şirkəti distant təhsil üçün nəzərdə tutulan "Adobe Connect" proqramının lisenziyalarını Azərbaycanın bütün müəllim və şagirdləri üçün tam olaraq təmənnasız edib.
AzEdu.az xəbər verir ki, bu barədə "PulPal" şirkətindən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq lisenziyalar Bakı şəhərinin 8 saylı orta məktəbinin müəllim və şagirdlərinə təqdim olunub.
"Biz hazırda lisenziyaları təqdim etmək üçün müraciətlərin qəbuluna başlamışıq",- deyə məlumatda qeyd olunub. (apa.az)