Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, kollec tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 25 min manat məbləğində vəsait köçürülüb.