Azedu.az

Məktəblilər koronavirusa yoluxdu - Ermənistanda

26 Mart 2020, 16:37
Məktəblilər koronavirusa yoluxdu - Ermənistanda

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.

AzEdu.az xəbər verir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.

“Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur”, - deyə Səhiyyə naziri vurğulayıb.

O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.

Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan bildirib ki, üç hərbçidə koronavirus aşkarlanıb. (apa.az)

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox