Azedu.az

IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

26 Mart 2020, 15:05
IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılır.

 

AzEdu.az xəbər verir ki, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb. Müsabiqə üzrə yaranan suallarla bağlı [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox