“Yaranmış vəziyyətlə əlaqədar olaraq, bir çoxların, xüsusilə gənclərin, çoxlu boş vaxtının olduğunu nəzərə alaraq, zamanınızı mənfəətlə və faydayla keçirməyi təklif edirəm. Diqqətinizə onlayn olaraq pulsuz ala biləcəyiniz.
Ivy League məktəbi tərəfindən təqdim olunan kursları çatdıraram. ABŞ-ın Brown, Harvard, Cornell, Princeton, Dartmouth, Yale və Columbia universitetləri və Pennsylvania Universitetin müxtəlif fənlər üzrə kurslar daxildir”.
Azedu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva yaranmış durumla əlaqədar olaraq, faydalanmaq məqsədi ilə ictimaiyyətə bildirib.
Xanım deputatın haqqında danışdığı, pulsuz və onlayn təhsil verən kurslar barəsində ətraflı məlumatı təqdim edirik:
“Sarmaşıq Liqası” (Ivy League) dünyanın ən məşhur kolleclərindən biridir. Kollec özündə ABŞ-ın ən nüfuzlu 8 universitetini (Brown, Harvard, Cornell, Princeton, Dartmouth, Yale, Columbia və Pennsylvania ) birləşdirir.
Reytinqinə görə dünyanın ilk onbeşliyində yer alan Sarmaşıq Liqası universitetləri tələbələrin qəbulunda olduqca seçicidir və bu ali təhsil müəssisələrinə daxil olmaq çox çətindir.
Sarmaşıq Liqası gənclərin bu universitetlərə qəbul tələbatlarını nəzərə alaraq çoxsaylı rəqəmsal platformalarda pulsuz onlayn kurslar təklif edir.
Bu günə kimi kollec tərəfində platformalarda 500 kurs yaradılıb, onlardan təxminən 450-si hələ də aktivdir.
Onlayn şəkildə keçirilən kurslar aşağıdakı ixtisasları əhatə edir:
1) Kompüter elmləri
2) İnformasiya elmi (Data Science)
3) Proqramlaşdırma
4) Humanitar elmlər
5) Biznes
6) İncəsənət və Dizayn
7) Elm
8) Sosial elmlər
9) Tibb
10) Mühəndislik
11) Riyaziyyat
12) Təlim-tədris və şəxsi inkişaf
Aşağıda qeyd olunan linkə daxil olaraq siz də ABŞ-ın nüfuzlu universitetlərində onlayn şəkildə təhsil ala bilərsiniz: