TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən 2020-2021-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı müsabiqə mövzuları açıqlanıb.
AzEdu.az həmin mövzuları təqdim edir:
Azərbaycan Dili və Ədəbiyyat - Feilin qrammatik məna növləri və onların omonimliyi , sintaktik əlaqələr, mübtəda və xəbərin şəxsə, kəmiyyətə görə uzlaşması, vasitəsiz nitq və vasitəsiz nitqdə durğu işarələrindən istifadə, Şah İsmayıl Xətayi, “Dəhnamə”, İsmayıl Şıxlı “Dəli Kür.
Alman Dili - Deutsche Autos, Objectsatz Dschelil, Memmedgulusade und Molla Nesreddin, Nationen, Wortschatz.
Biologiya - Çiçək qrupları, hörümçəkkimilər sinfi, qan, qanın damarlarda hərəkəti, hüceyrənin həyat dövriyyəsi, xromosomlar, orqanizmlərin qarşılıqlı təsir.
Coğrafiya - Azərbaycan Respublikasının iqlimi, qədim quru və su sahələri, əhalinin sayının artımı və onun tənzimlənməsi, dünyanın siyasi xəritəsinin formalaşması, meteoroloji hadisələr.
Fizika - Maye və qazlarda təzyiqin ötürülməsi, istilik mühərriki, istilik mühərrikinin faydalı iş əmsalı, sferik güzgü, düzxətli dəyişənsürətli hərəkət, fotoeffekt, fotoeffekt nəzəriyyəsi.
Fiziki Tərbiyə - Oynaqlarda mütəhərrikliyin, əzələ və bağların elastikliyinin inkişaf etdirilməsi, aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi , yeniyetmə orqanizminin inkişaf xüsusiyyətləri, qaçaraq uzunluğa tullanma texnikasının təkmilləşdirilməsi, aşağı ətraflarda sürət – gücün inkişaf etdirilməs, ümumi dözümlülüyün inkişaf etdirilməsi, çox mərhələli estafet qaçışlar.
Fransız Dili - Les écrivains français et les écrivains azerbaïdjanais, Lutfi Zadé. La légende de l’Azerbaïdjan, La concordance des temps après “Si”, La réflexion de la langue française sur notre culture.
İbtidai Sinif - Əvəzlik (şəxs və işarə əvəzlikləri), səbəb-nəticə əlaqəsi, sözün qrammatik və leksik mənası, yuvarlaqlaşdırma.
İnformatika - Sketchup redaktoru, şəklin atributları, rastr qrafikası, kompüterin lokal şəbəkəyə qoşulması, süni intellekt.
İnglis Dili - There is a country, Water is Life, Passive voice, The Window to the World, My heart – Azerbaijan.
Kimya - Saf maddələr və qarışıqlar, molekulların fəza quruluşu, hibridləşmə, ammonyak, alkanların izomerliyi, qlükoza: quruluşu və fiziki xassələri.
Musiqi- Libretto və operetta, musiqidə milli qəhrəman obrazı , musiqi obrazı və xarakter, Qara Qarayev və dünya xalqlarının musiqisi, tar və Simfonik Orkestr.
Riyaziyyat - ifadələrin çevrilməsi, oxşarlıq çevirməsi, homotetiya, ədədi silsilə, loqarifmik tənliklər, funksiyanın kəsilməzliyi.
Rus dili - Буквы и звуки русского языка, Функции букв Е, Ë, Ю, Я, Род имен существительных V Падежи, Предлоги Отец и три сына VII Наречие Разряды наречий IX Последний лист Родина Низами.
Təsviri İncəsənət - Heraldika – gerb və emblemlər, zərgərlik sənəti, parça, rəng və ornament , vinsent Van Qoq: rəng, xətt və formaların emosional təsviri, Pol Kli: rəngkarlıqda xətlərin hərəkəti.
Texnologiya - Elektrik enerjisi və sadə elektrik dövrəsi, ailə büdcəsinin müəyyən edilməsi, Gəlir və xərc, fenin quruluşu və iş prinsipi, un məmulatlarının hazırlanması üçün xammal və ərzaq məhsulları, geyimin bərpa edilməsi.
Tarix - Albaniya 5-6-cı əsrlərdə , Azərbaycan Elxanilər dövlətinin mərkəzi kimi, Əfşar imperiyasının yaranması, totalitar rejimin qurulması, kütləvi repressiyalar, şərqə doğru Səlib yürüşləri, Avropada şəhərlərin inkişafı, soyuq müharibə dövrü.