Azedu.az

Bu gündən rus bölməsinin şagirdləri üçün də videodərslər keçiriləcək -Cədvəl

16 Mart 2020, 09:43
Bu gündən rus bölməsinin şagirdləri üçün də videodərslər keçiriləcək -Cədvəl

 

Təhsil Nazirliyi  bu gündən etibarən, ümumtəhsil müəssisələrində oxuyan rus bölməsinin şagirdləri üçün də videodərslərin keçirilməsinə başlayacaq.

 

 Dərslər bütün siniflər üzrə keçiriləcək. Videodərslər "Mədəniyyət kanalında yayımlanacaq.

 

AzEdu.az xəbər verir ki,  Rus bölməsi üzrə videodərslərin kanalda Azərbaycan bölməsi üçün ayrılan dərs vaxtından kənar təqdim ediləcək.

 

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb.

 

Təhsil Nazirliyi bu müddət ərzində şagirdlərin dərs proqramından geri qalmaması üçün martın 11-dən Azərbaycan bölməsi üzrə videodərslərin keçirilməsinə başlayıb.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox