Bu barədə Fuad Qarayev öz facebook hesabında paylaşım edib.
AzEdu.az həmin paylaşımı təqdim edir:
“Bu çox, ancaq çox gözəl xəbərdir!!!
Son günlərdə Covid-19 ilə əlaqədar dərslərin təxirə düşməsi ilə təhsil ictimaiyyəti məyus olmuşdur. Ancaq sizə çox gözəl xəbərimiz var.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11 ci sinif şagirdi yəni Abutalıb Namazov - informatika fənni üzrə beynəlxalq Jautıkov olimpiadasının qızıl medal mükafatçısı, riyaziyyat fənni üzrə JBMO-nın gümüş medal mükafatçısı ( ümumilikdə respublika olimpiadalarında 6, beynəlxalq olimpiadalarında 8 medal qazanıb) dünyanın ən nüfuzlu ali məktəbi MIT-dən (Massachussets Institute of Technology) qəbul almışdır.
Abutalıbı, onun valideynlərini və müəllimlərini təbrik edirik!!!”