Azedu.az

“Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır” - Operativ Qərargah

14 Mart 2020, 00:01
“Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır” - Operativ Qərargah

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah əhaliyə çağırış edib.

AzEdu.az-ın məlumatına görə, qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, dərslərin dayandırılması ilə bağlı sərəncam var və hər kəs buna əməl etməlidir.

O qeyd edib ki, ölkədə təhsil müəssisələrində dərslər dayandırılıb:

“Sərəncamda qeyd olunub ki, bütün təlim təhsil mərkəzlərində təhsil dayandırılıb. Burada evdə və digər şəraitdə tədris olunan dərslər, eyni zamanda, toplu situasiyalar nəzərdə tutulub. Vətəndaşlar ehtiyatlı olmalıdır.

Bu məsələdə müəllimlər, şagirdlər və validenlər məsuliyyətli olmalıdır. Onlar çalışmalıdırlar ki, sosial tədris tələbinə əməl etsinlər və mümkün qədər evdə qalsınlar”.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox