Azedu.az

Məktəb seçiminə start verilir

Məktəblər

Elm və Təhsil Nazirliyi

13 Mart 2020, 11:10
Məktəb seçiminə start verilir

AzEdu.az xəbər verir ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər. Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçiminə isə 1 may tarixindən başlanılacaq.

 

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək həyata keçiriləcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. 

 

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları (Azərbaycan müəllimi)

Rusiyadan HİYLƏGƏR GEDİŞ - Zəngəzurda nəyə hazırlaşırlar?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox