Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin yeni qərarını şərh edib.
AzEdu.az xəbər verir ki, E. Məmmədov qeyd edib ki, AR Nazirlər Kabineti yeni qərarı ilə (24.02.20, no. 66, qüvvəyə minmə - 15.09.20) ümumi təhsil müəssisələrində tədris ilinin müddətini təsdiq edib:
"Məktəbəhazırlıq qruplarında təhsil müddəti hər il oktyabrın 1-dən növbəti il mayın 31-dək, ümumi təhsilin digər səviyyələrində isə hər il sentyabrın 15-dən növbəti il iyunun 14-dək müəyyən edilib. Payız (16-20 noyabr), qış (27-31 yanvar) və məktəbəhazırlıq və ibtidai siniflər üçün əlavə (1-5 may) tətillər müəyyən olunub. Bununla belə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisində fərqli tədris ili müddəti müəyyən edilə bilər.
Bu qərara əsasən tədris ilinin müddətində və tətil günlərində hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb".