Türkiyədə məktəblərdə martın 16-dan 30-dək tətil elan edilib.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Milli Təhsil naziri Ziya Selçuk koronavirusa qarşı ölkədə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə danışarkən bəyan edib.
Bundan başqa, ölkə ərazisində körpələr evləri və bağçalar da növbəti elana qədər tətilə buraxılıb.