Azedu.az

Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Məktəblər

11 Mart 2020, 13:13
Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq təhsilə cəlb edilirlər.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  bildirilib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra aprelin 1-dən etibarən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da gətirmələri tövsiyə olunur.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox