Dünyanı təşvişə salan koronovirus epidemiyası, “COVİD-19” virusu səbəbindən bir çox ölkələrdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Dünya üzrə təxminən, 290 milyondan çox şagird-tələbə artıq bir neçə gündür ki, dərsə gedə bilmirlər.
Epidemiya səbəbindən bir çox beynəlxalq yarışlar, idman turnirləri, müsabiqələr, konfranslar də təxirə salınıb.
Bəs, dünyanın dörd bir tərərfindən xeyli sayda gənci bir araya gətirəcək Beynəlxalq fənn olimpiadalarının da təxirə salınması gözlənilirmi?
Təhsil İnstitunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Olimpiadalara Hazırlıq Mərkəzinin rəhbəri Fuad Qarayev AzEdu.az-a açıqlamasında vəziyyətdən asılı olaraq, beynəlxalq müstəvidə keçiriləcək olimpiadaların ləğv oluna biləcəyini vurğulayıb:
“Macarıstanda keçiriləcək Mendeleyev adına Beynəlxalq Kimya Olimpiadası, Hollandiyada təşkil olunacaq qızlar arasında Beynəlxalq Riyaziyyat Olimpiadası ilə bağlı dəvətnamələr almışıq.
Hazırda Azərbaycan Milli komanda heyəti seçilir. Bunun üçün vizalara müraciət edilir. Əslində, həmin olimpiadaların ləğvi deyə bir məsələ yoxdu. Ancaq vaxtı gəldikdə təşkilatçılar tərəfindən olimpiadalar ləğv edilə bilər. Bizim rəhbərlik şagirdlərimizin təhlükəsizliyi üçün iştirakını uyğun görməyə bilər.
Ya da olimpiada ləğv edilməyə bilər. Hazırda beynəlxalq aləmdə olimpiadaların ləğvi mövcud deyildir. Hətta bizə dəvətnamələrdə gəlib.