Azedu.az

Bu sənədlər yalnız direktorların əmri ilə yazılır-VACİB

10 Mart 2020, 15:30
Bu sənədlər yalnız direktorların əmri ilə yazılır-VACİB

 

 

AzEdu.az-ın məlumatına görə, günü uzadılmış qrupu olan bütün məktəblərdə aparılır. Günüuzadılmış qrupun jurnalı bir dərs ili üçündür. Gündəlik göstərilən mövzular, saatların miqdarı, şagirdlərlə işin qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dərnək rəhbəri üçün məcburidir.

 

Məktəbin direktoru və direktorun təlim-tərbiyə işləri üzrə müavini günüuzadılmış qrupun jurnalının aparılmasının düzgünlüyünə müntəzəm surətdə nəzarət edirlər. Məktəbdə bir neçə qrup olarsa, hər bir qrup üçün ayrıca jurnal aparılır.

 

Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin soyadları yazılır.

 

əgər şagirdin günüuzadılmış qrupa davamiyyəti kəsilmişsə və onun çıxması məktəb direktorunun əmri ilə rəsmiləşdirilmişdirsə, onun çıxması jurnalda qeyd edilir. İl ərzində qrupa qəbul edilmiş uşaqların soyadları jurnala siyahının sonunda yazılır. Məktəbdə 3 il saxlanılır.

 

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox