Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AzEdu.az DİM-in martın 10-u saat 14:55-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 19 nəfər uğur qazanıb. Onlardan 9-u Kənd Təsərrüfatı Nazirliyində, 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 3 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə iyulun 27-də başa çatacaq.