Azedu.az

“Buraxılış imtahanına Azərbaycan tarixi fənni salınsın” – VACİB SƏBƏBLƏR

Məktəblər

10 Mart 2020, 10:13
“Buraxılış imtahanına Azərbaycan tarixi fənni salınsın” – VACİB SƏBƏBLƏR

Günümüzdə ali məktəbə hazırlaşan abituriyentlərin çoxu yalnız seçdikləri ixtisas blokuna uyğun fənləri oxuyurlar. Lakin bir sıra dərslər vardır ki, onların öyrənilməsi olduqca vacibdir. Çünki bu tip fənlər yalnız məktəb vaxtı deyil, insanın bütün həyatı boyu onun təfəkkürünün formalaşmasına yardımçı olur. Bunlara misal olaraq, tarix, coğrafiya, ədəbiyyat və Azərbaycan dilini  göstərmək olar.

 

AzEdu.az bu fənlərin sırasında aparıcı rol oynayan Azərbaycan tarixinin əsas funksiyalarından biri də vətəndaşlıq və milli təəssübkeşlik meyarlarını yüksəltməkdir.  Təbii ki, bu meyaralrın nə dərəcədə tədrisi artıq  tarix müəllimlərinin yanaşma və fəaliyyətindən asılıdır.

 

Tarixçi alim Kərəm Məmmədov orta məktəbdə Azərbaycan tarixi fənninə xüsusi diqqət yetirildiyini qeyd edir və sadalanan kriteriyaların gənc nəslə aşılandığını vurğulayır:

 

“Azərbaycan tarixi fənninin ötürülməsində bir sıra problemlər yaşanır. III ixtisas qrupuna hazırlaşan abituriyentlər tarixi mükəmməl səviyyədə öyrənirlər. Lakin onlar buraxılış imtahanında riyaziyyata da ciddi hazırlaşır,  lakin riyaziyyat bu ixtisas qrupunda az bal verdiyi üçün ona xüsusi  diqqət yetirmirlər; yalnız buraxılış imtahanı üçün bu fənnə ciddi şəkildə hazırlaşırlar. 1,4 və 5-ci ixtisas qruplarında isə Azərbaycan tarixi fənni olmadığı üçün abituriyentlər onu yaxşı şəkildə oxumur və ölkəmizin tarixi haqqında informasiyaları az əldə edirlər. Bu da onların daxil olduqları universitetlərin reytinqinə ciddi zərər vurur. Ona görə də  təklif edərdim ki,  buraxılış imtahanına Azərbaycan tarixi fənni salınsın. Belə olduqda, seçdiyi ixtisas qrupundan aslı olmayaraq abituriyentlərin tarixi bilikləri formalaşacaq. Həmçinin, universitetlərdə bir və ya iki smestr tarix fənni tədris olunmalıdır. Lakin həmin fənni həm buraxılış, həm də universitet imtahanında verməyən şəxslərin alacaqları diplom da mənsub olduqları universitetlərin qiymət reytinqinə mənfi təsir göstərməlidir.

 

Riyaziyyat fənni  III  ixtisas qrupu üzrə hazırlaşan  şəxslərə əsasən buraxılışda lazım olur. Ona görə də 1, 4 və 5-ci qruplar ya buraxılış, ya da universitet semestrlər ərzində Azərbaycan tarixi fənnindən imtahan verməlidilər”.

 

“Təhsil üçbucağı” verlişinin aparıcısı Orxan Cabbarlı vurğulayıb ki, Azərbaycan tarixinə nə qədər önəm veririksə, Azərbaycan coğrafiyasına da eyni dərəcədə önəm verməliyik.

 

“Orta məktəblərdə oxuduğumuz zaman tarix və coğrafiya fənni ayrı-ayrılıqda keçirilirdi. Hazırda Tarix fakültəsində Tarixi coğrafiya fənni tədris olunur, Coğrafiya fakültəsində isə  Coğrafiyanın tarixi keçirilir. Bu fənlər bir-biri ilə əlaqəlidir. Onlar ayrılmaz tərkib hissəsidir. Tarixi nə dərəcədə öyrəniriksə,  coğrafiyanı da bir o qədər bilməliyik. Hazırda şagirdlər    Azərbacan tarixinə önəm vermirlər”.

 

Astara rayonu Qapıçıməhəllə kənd məktəbinin tarix  müəllimi Həbib Əlizadə  bu məsələ barəsində danışarkən bir neçə vacib meyarlara diqqət yetirib:  

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən fənn blokları müəyyənləşdirildiyi üçün 9-cu sinifdən sonra şagirlər yalnız oraya daxil olan dərsləri oxuyurlar. Bu baxımdan da abituriyentlər yalnız o ixtisaslara yönəlirlər. Bu da şagirdlərin digər fənləri az oxumasına gətirib çıxarır. Bu tək Azərbaycan tarixi deyil, başqa fənləri də əhatə edir. Bu problemi minimal şəkildə həll etmək lazımdır. Ölkənin tarixini hamının bilməsi vacibdir. Bu aspektən baxdıqda,  məsələnin həlli   müəllimin dərsi hansı formatda qurmasından aslıdır. Müəllim fərqli dərs  keçirsə,  şagirdlərdə həmin fənnə qarşı maraq yarana bilər. Vizul vasitələr - kompüter, proyektor və müxtəlif  maraqlı üsul və metodlarla şagirdləri cəlb etmək lazımdır. Hekayə və rollu oyunlar formatında dərs qurulsa,  şagird az da olsa, tarixi öyrənər. Onun evdə gedib tarix oxuması əvəzinə , məktəbdə öyrənməsi daha effektiv ola bilər.

 

Digər bir həll üsulu isə valideynlər tərəfindən həyata keçirilməlidir. Onlar düzgün şəkildə övladlarına təbliğ etsələr ki, ölkənin tarixini bilmək vacibdir , bu onlara ciddi təsir edə bilər”.

 

Nəticə olaraq qeyd edək ki, kimliyindən aslı olmayaq, hər bir insanın ölkəsinin tarixini bilməsi olduqca vacibdir.  

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox