Azedu.az

Bakıda məktəblilər dava etdi: Bıçaqlananlar var

Məktəblər

9 Mart 2020, 13:07
Bakıda məktəblilər dava etdi: Bıçaqlananlar var

Bakıda bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az-ın məlumatına görə, martın 7-də, saat 17:10 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində R.Rüstəmov küçəsindən keçən meşə zolağında Bakı şəhər sakinləri 2005-ci il təvəllüdlü S.Kərimov kürəyindən və 2002-ci il təvəllüdlü E.Məmmədov isə ayağından bıçaqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının birlikdə keçirdiyi əməliyyat nəticəsində həmin şəxsləri bıçaqlayan Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü E. Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox