“Hurun” reytinq agentliyinin son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trilyon dollar dəyərində qiymətləndirilib.
Qeyd edildiyi kimi, dünya milyarderlərinin sərvəti 66% artıb.
Stiv Balmer
Sərvəti: 67 milyard dollar
Stiv Balmer 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Maraqlı fakt: Balmer ilk insandır ki, sərvətini öz işəgötürənindən aldığı opsionlar sayəsində qazanıb.
Mukeş Ambani
Sərvəti: 67 milyard dollar
Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir.
Larri Peyc
Sərvəti: 67 milyard dollar
Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.
Sergey Brin
Sərvəti: 68 milyard dollar
Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur.
Karlos Slim
Sərvəti: 72 milyard dollar
Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.
Amansio Orteqa
Sərvəti: 81 milyard dollar
Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir.
Mark Çukerberg
Sərvəti: 84 milyard dollar
Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir.
Uorren Baffet
Sərvəti: 102 milyard dollar
Uorren Baffet dünyanın ən tanınmış investorlardan biridir, dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Xeyriyyə ilə məşğul olur.
Bill Qeyts
Sərvəti: 106 milyard dollar
Bill Qeyts “Microsoft” şirkətinin yaradıcılarından və keçmiş ən böyük səhmdarlarından biridir. İctimai fəaliyyət və xeyriyyə ilə məşğuldur.
Bernar Arno
Sərvəti: 107 milyard dollar
“Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir.
Ceff Bezos
Sərvəti: 140 milyard dollar
“Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, Ceff Bezos “Blue Origin” aviaşirkətinin sahibidir.