Azedu.az

Nazirlər Kabinetindən koronavirus ilə bağlı valideynlərə ÇAĞIRIŞ

5 Mart 2020, 12:50
Nazirlər Kabinetindən koronavirus ilə bağlı valideynlərə ÇAĞIRIŞ

"Martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu müddətdə qapalı yerlərə aparmasınlar".

AzEdu.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva  deyib.

Onun sözlərinə görə, bu cür yerlərdə nəinki koronavirus, bütün virusların yayılma riski çox olur: "Ümumilikdə bütün əhalidən xahiş edirik ki, hamı verdiyimiz tövsiyələrə əməl etsin. Karantinə alınan şəxslər iki qrupa bölünür. Bir qrupu xəstəlik əlamətləri olanlardır, onlar ayrı yoxlanılır. Bir də var xəstəlik əlamətləri olmayanlar, onlar da ayrı yoxlanılır. Analiz cavabı bilinənlər karantində qalmaq şərti ilə evə buraxılır".

Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putin gizli edib?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox