Azedu.az

Qərargah  məktəblərdə tətil müddəti ilə bağlı  açıqlama verdi - Uzadılırmı?

Məktəblər

5 Mart 2020, 11:49
Qərargah  məktəblərdə tətil müddəti ilə bağlı  açıqlama verdi - Uzadılırmı?

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tətilin müddətinin uzadılıb-uzadılmasına aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEduaz-a verilən məlumata  görə, təhsil müəssisələrində tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlili və müzakirələrin nəticəsi uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.(APA)

Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putin gizli edib?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox