Azedu.az

Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib

Kolleclər

5 Mart 2020, 12:13
Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib

İndiyədək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 13072 nəfər sənəd verib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, həmin abituriyentlərin 12682-i Azərbaycan bölməsi, 390-ı rus bölməsi üzrə sənəd verib.

 

Ərizələrin qəbulu 11 mart saat 23:59-dək davam edəcək.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox