Azedu.az

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Mart 2020, 11:25
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-də saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Martın 5-i saat 10:00-a olan məlumata əsasən, 13072 (Azərbaycan bölməsi -12682; rus bölməsi -390) abituriyent ərizəsini təsdiq edib.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox