Azedu.az

Təhlükəyə rəğmən  tədris aparan müəssisə - “Qaydalara uymaq lazımdır”

3 Mart 2020, 18:40
Təhlükəyə rəğmən  tədris aparan müəssisə - “Qaydalara uymaq lazımdır”

 

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

 

Qərarə əsasən, ölkədə olan tədris müəssisələrinin hamısı mart ayının 10-a kimi fəaliyyətini dayandırmalıdır.

 

Bunun səbəbi təbii ki, adıçəkilən müəssisələrdə təhlükəsizlik amilini risk altına almamaq və dezinfeksiya işlərini daha əlverişli və operativ şəkildə həyata keçirməkdir. Lakin bu göstərişə rəsmi qaydada əməl etməyən özəl təhsil tipli təşkilatların da olduğu deyilir. Onlardan biri kimi isə Birgə və Sağlamlıq İctimai Birliyinin adı çəkilir.  Məlumata əsasən,  Birgə və Sağlamlıq İctimai Birliyində dərslər hələ də davam edir.

 

Qeyd edək ki, birlik fiziki və əqli cəhətdən qüsurlu uşaqlarla məşğuldur. Və ay ərzində bu xidmətin qarşılığında həmin uşaqların sahibləri 900-1200 manat arası vəsait ödəyirlər.

 

İctimai Birliyin biznes fəaliyyəti ilə məşğul olması hüquqi baxımdan qadağandır. Üstəlik, oradakı qüsurlu uşaqların istənilən virusa yoluxma risqi daha yüksək olur.

 

 Digər tərəfdən isə hökumətin qərarına əməl etməmək qanun qarşısında cavabdehlik yaradır.

 

Məlumata əsasən,  Birgə və Sağlamlıq İctimai Birliyində dərslər hələ də davam edir.

 

AzEdu.az məsələyə aydınlıq gətirmək üçün ictimai birliklə əlaqə saxlayıb. Oradan verilən məlumata görə, müəssisə əsasən psixoloji dəstək verməklə məşğuldur:

 

“Mərkəzimiz təhsil müəssisəsi və bağça  deyil. Dəstək almaq istəyən ailələr bizə müraciət edərək kömək əldə edirlər. Burada tədris prosesi həyata keçirilmir. Autizm problemi olan və xüsusi qayğıya ehtiyacı duyulan uşaqlar və onların ailələri bizə müraciət edirlər. Biz müəyyən layihələr çərçivəsində onlara dəstək veririk.

 

İctimai Birlik qrant layihələri ilə məşğul olaraq maliyələşir. Həmçinin,  biznes fəaliyyəti ilə də məşğul olmaq imkanımız var. Mən 20 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Biz ölkədə autizm sindromlu uşaqların psixoloji vəziyyəti ilə məşğul olan sayılı qurumlaradanıq”.

 

Təbii ki, bu yerdə məsələnin hüquqi tərəfini öyrənmək də lazım gəlir.   Hüquqşünas Əlövsət Allahverdiyev açıqlamasında məsələni hüquqi müstəvidə dəyərləndirib:

 

“İctimai birliklərin  nizamnaməsi ümumi qaydada hazırlanır və  heç bir fərqli xüsusiyyəti olmur.  Söhbət insanların təhlükəsizliyindən, əhalinin sağlamlığından gedirsə,  nəinki ictimai birlik,  hətta xüsusi şəxslərin də ixtiyari yoxdur ki, ölkənin rəhbərliyi tərəfindən verilən qərara zidd gələrək, maddi qazanc naminə uşaqları təlim prosesinə cəlb etsin. Bu hal normal qarşılanmır.   Fərqi yoxdur, ora üç, beş, ya nə qədərsə uşaq gəlir. Əgər  əhalinin sağlamlığı üçün ciddi bir təhlükə yaranırsa,  qəbul edilən qərara ictimai birliklər də  dəstək verməlidir. 

 

Həmin qurumların da əsas rolu ondan ibarətdir ki, dövlətə yardım etsinlər.  Məsələni qloballaşdırmaq istəmirəm. Ola bilsin ki,  həmin ictimai birliyin rəhbərliyi bunun fərqinə o qədər də varmır.  Deməzdim ki, qəsdən edirlər və yaxud qərara zidd olaraq addım atırlar. Sadəcə, onlara izah etmək lazımdır ki, burda söhbət əhalinin sağlamlığından, insanların təhlükəsindən gedir. Məhz bu prizmadan yanaşaraq onlar doğru yolda deyillər. Bu gün hər yerdə təhsil dayandırılıb.  Məlum olduğu kimi Təhsil Nazirliyinin rəsmisi bu prosesin uzadıla biləcəyi ilə əlaqədar açıqlama verib.  Ona görə buna ciddi yanaşmaq lazımdır. 

 

Mən bilmirəm  ki, sözügedən ictimai birlik dövlət qeydiyyatına alınıb, ya yox.   Həmçinin, onun nizamnaməsi qeyd etdiyim kimi vahid qaydada hazırlandığını da bilmirəm. Hər halda bura gələn valideyn və uşaqlardır. 

 

Belə bir hüquqi tərəfi qeyd edim ki, onlar ödənişli əsaslarla fəaliyyət göstərirlərsə, valideynlərin istəyi olduğu  təqdirdə məcbur olub fəaliyyətlərini davam etdirirlər. Yəni ödəniş müddətini başa vurmaq üçün bu gün dərs keçməyə məcbur qala da bilərlər.

 

Məsələnin digər tərəfi, əgər həmin kurs layihə çərçivəsində fəaliyyət göstərirsə, başqa sözlə desək, dövlət tərəfindən  ayrılırsa, qətiyyən  valideyndən əlavə ödəniş tələb oluna bilməz bilməz.  İstəsələr belə,  bu korrupsiya halı hesab olunar. Qrand çərçivəsində yox, özləri hər şeyi təşkil edirsə, burda vəziyyət dəyişir. Sözü gedən qurum qrandlarla mailiyyəşirsə, orada ödənişdən söhbət gedə bilməz. 

 

İctimai birliyin növləri var: kommersiya və qeyri-kommersiya . Qeyri-komersiya növünə aid olan ictimai birlik biznes fəaliyyəti ilə məşğul ola bilməz. Yəni, onların məramı  kommersiya ictimai birliyindın fərqli olaraq gəlir əldə etmək  deyil. Əgər elə bir şey olsa, qanuna uyğun şəkildə məsuliyyət daşıyırlar”.

 

Məsələnin digər tərəfi də ictimai birliyin məhz təhsil tiöli müəssisə kimi fəaliyyət göstərməsidir. Mövzunun təhsil menecmentliyi tərəfindən şərhini isə ekspert Elçin Əfəndi bu cür açıqlayır:

 

 “Təhsil müəsissələrinin dayandırılması ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub.  Qərara əsasən ümumi orta, ali təhsil, orta ümumtəhsil müəsissələrinin hər birində təhsil prosesi dayandırılıb. Amma qərarda xüsusi qeyd olunmur ki, Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda fəaliyyət qadağan olunur.  Qərarın şərh hissəsində istər özəl, istərsə də kurslar, psixoloji mərkəzlər hər biri dövlət qeydiyyatından keçmiş qurumlardır, VÖEN, lisenziyalarla təsdiq olunur  və həmin müəssisələrə  müəyyən qədər kütlə toplanır.  Belə olduqda, verilən qərar da Nazirlər Kabinetinə aid olduğu üçün ümumrespublikanı əhatə edir. Fərq etməz, psixoloji mərkəz, ictimai birlikdir, əgər tədris prosesi gedirsə, dayandarılmalıdır.  Verilən qərar konkret bir təhlükənin qarşısını almaq, əhalinin daha sıx toplaşdığı yerlərdə dezinfeksiya işlərinin aparılması məqsədi güdür.

 

Autizmli uşaqlarda vəziyyət elədir ki, onlar daim nəzarətdə olmalıdır. Yəni sağlamlıq imkanları tədrisi dayandırmağa imkan vermədiyi təqdirdə, təlimi davam etdirə bilərlər. Lakin şərtlər bura da keçərlidir. Məsələn, belə ola bilər ki. dezinfeksiya edildikdən bir iki gün sonra tədrisi davam etdirmək olar.  Yox əgər elə bir hal yoxdursa, qərara uymaq lazımdır.

 

Yəni təhsilin dayandırılması orda təhsil alan uşaqların sağlamlığına təhlükəlidirsə, onlar üçün problem yaradırsa təbii ki, onlar tədrisi davam etdirməkdə haqlıdırlar.  Lakin bunun üçün hüquqi sənədlər təqdim etməlidirlər. Yox əgər bu hallar yoxdursa, dediyim kimi onlar da fəaliyyəti dayandırmaldırılar”.

 

 

 

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox