Azedu.az

Vakant vəzifələrin tutulması üçün müsahibə davam edir: 200-dən çox namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM)

3 Mart 2020, 17:24
Vakant vəzifələrin tutulması üçün müsahibə davam edir: 200-dən çox namizəd uğur qazanıb

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-in martın 3-ü saat 13:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 214 nəfər uğur qazanıb. Onlardan 128-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3709 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox