Azedu.az

Tətildən sonra əlavə dərslər keçirilməlidir -Ekspertdən TƏKLİF

3 Mart 2020, 13:02
Tətildən sonra əlavə dərslər keçirilməlidir -Ekspertdən TƏKLİF

 

 Martın 2-də Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

 

Koronavirus epidemiyasının yaratdığı təhlükə nəticəsində təhsil müəssisələrində təlim prosesi martın 3-dən 10-dək məhdudlaşdırıb.

 

Tətilin elan edilməsi ilə əlaqədar yaranan ən böyük problemlərdən biri də dərs olmayacaq günlərin tədris proqramının hansı şəkildə çatdırılacağıdır.

 

Bununla bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri bir sıra çıxış yolları təklif ediblər.

 

İctimai Şuranın üzvü və təhsil eksperti Elmina Kazımova təhsil müəssisələrinin bağlanmasının müsbət və mənfi tərəflərindən söz açıb.

 

“Təhsil müəssisələrinin bağlanmasının bir sıra müsbət tərəfləri var. Bu  effektiv-profilaktik tədbirdir. Bu kimi addımlar epidemiyanın yayılma riskini azaldır. Çünki bağça, məktəb və universitetlər insanların ən çox üz tutduğu yerlərdən biridir. Bu kimi müəssisələrdə müəllim və tələbə kollektivi 6 saatdan çox bir arada ünsiyyətdə olurlar. Belə zamanda risklərin azaldılması üçün bu kimi qabaqlayıcı tədbirlərin atılması  olduqca vacibdir.

 

Mənfi cəhətlərə nəzər saldıqda isə ən əsas məsələ tədris proqramlarından geriqalma ilə bağlıdır. Lakin  müxtəlif zamanlarda təbii hadisələrlə bağlı ölkəmizdə tədris prosesi məhdudlaşdırılıb. Bu kimi halların qarşısını almaq üçün epidemiya azaldıqdan sonrakı dövrdə əlavə dərslər salmaq mümkündür.

 

Düşünürəm ki, tətildən sonra qayıdan şagird və tələbələrin adaptasiyasında ciddi bir problem yaşanmayacaq. Çünki onlar bundan da uzun tətillər görüblər. Ona görə də hesab etmirəm ki, stresli vəziyyət yaranmayacaq. Təhsil müəssisələri rəsmi şəkildə elan etsinlər ki,  buraxılmış mövzu və dərslər lazimi şəkildə çatdırılsın. Bu da tədris prosesində boşluğun yaranmasının qaşısını alacaq”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü,  professor Hikmət Əlizadə tədris prosesinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir:

 

“Təhsil müəssisələrinin bağlanılması zəruri  xarakter daşıyırdı. Çünki epidemiya yayılaraq, az qala,  bütün dünyanı cənginə alıb;miqyası sürətlə genişlənərək, insanları qorxuya salmaqdadır. Dövlətimiz bu virusun yayılmaması üçün belə qərara gəlib ki, bütün tədris müəssisələrində dərs prosesi dayandırılsın. Biz bunu alqışlayırıq. Təhsil proqramlarının isə  sıxlaşdırılmaş və əlavə saatlar əlavə olunmuş şəkildə keçirilməsi daha məqsədəuyğundur.

 

İnanmıram ki, yenidən tədris prosesinə qayıdan şəxslərdə adaptasiya problemi olmayacaq. Çünki onlar ilin müəyyən vaxtlarında tətilə çıxdıqları üçün bu onlarda psixoloji gərginlik yaratmayacaq. Bu vəziyyət onların tədris prosesinə mənfi təsir göstərməyəcək, əksinə şagird və tələbələr yaxşı istirahət edərək və sağlam şəkildə təhsil həyatlarını davam etdirə biləcəklər”.

 

 

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox