Bu gün təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələr başa çatır.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.
“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir.
Ümumilikdə respublikanın regionlarında 24 fevraldan başlayan müsahibə komissiyalarının sayı 50-dir. Müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb.