Azedu.az

Minlərlə abituriyentin gözlədiyi imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Mart 2020, 17:55
Minlərlə abituriyentin gözlədiyi imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

 DİM-dən  AzEdu.az-a  bildirilib ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

 Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15104 abituriyentdən 76 nəfəri imtahana gəlməyib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox