Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.
AzEdu.az müəllim namizədləri maraqlandıran məsələlərə rəsmi quruma istinadən aydınlıq gətirməyə çalışıb:
Sual: Müəllimin ikinci iş yerində daimiləşmək imkanı var? Yəni bir müəllim iki iş yerində daimiləşə bilər?
Cavab: Ötən il olduğu kimi müsabiqə şərtlərinə uyğun gəldiyi təqdirdə namizədlərə builki müsabiqədə də ikinci iş yerinə daimiləşmək imkanı veriləcək. Daimiləşən yerlərdən biri əsas, digəri isə əlavə iş yeri hesab olunur. Hər iki iş yerində müddətsiz əmək müqaviləsi əsasında çalışmaq mümkündür.