" Koronavirus təhlükəsini nəzərə alaraq, imtahanda şagirdlərin yoxlanışı üçün xüsusi elektron qızdırmaölçən cihazlardan istifadə olunub".
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in ümumi imtahan rəhbəri Elnur Qədirov deyib.
O qeyd edib ki, bu cihazlar Məleykə Abbaszadənin göstərişi ilə tender yolu ilə əldə edilib.
" İmtahan keçirilən bütün binalarda ümumi rəhbərə həmin cihazlardan bir ədəd verilib. Biz özünü halsız, xəstə hiss edən şagirdlərin tempraturunu yoxlayırıq.Cihaz iki-üç saniyəyə bədən temperaturu göstərir. Normal temperaturdan çox olarsa, şagird imtahan buraxılmır. Həmin şagirdlər martın 29-u əvvəlki ilin məzunları ilə keçirilən buraxılış imtahanda iştirak edə bilərlər.
Bununla yanaşı, bizə əlavə maskalar, lasyonlar, əlcəklər də verilib. Xəstə olan şagirdlərə maska veririk".
E. Qədirli bildirib ki, 153 nömrəli məktəbdə keçirilən imtahanda 510 şagird iştirak edib, onların heç birində xəstəlik halı müşahidə olunmayıb.
Qeyd edək ki, bu gün Bakı, Şirvan, Naxçıvan şəhərlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi keçirilib.