Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:
- şagird sayı 1000-dək olduqda, bir vahid;
- şagird sayı 1000-dən 3000-dək olduqda, iki vahid;
- şagird sayı 3000-dən çox olduqda, üç vahid.
Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.