Azedu.az

Xəzər rayonunda məktəblilərə virus infeksiyalarından qorunmaq yolları haqqında məlumat verilib

29 Fevral 2020, 15:34
Xəzər rayonunda məktəblilərə virus infeksiyalarından qorunmaq yolları haqqında məlumat verilib

Bakının Xəzər rayonundakı 183 nömrəli tam orta məktəbdə koronavirusla (COVID-19) əlaqədar maarifləndirici seminar keçirilib.

AzEdu.az xəbər verir ki, seminarda paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova koronavirusun əlamətləri, onun yayılma formaları, virus və infeksiyalardan qorunma üsulları, profilaktik tədbirlər və riayət edilməsi vacib olan gigiyenik qaydalar haqqında iştirakçılara ətraflı məlumatlar verilib.

Məktəbin direktoru Rəhilə Abbasova, həmkarlar təşkilatının sədri Təranə Məmmədova, tibb bacısı Fəridə Əliyeva viruslardan qorunmaqda əl gigiyenasının, sağlam qidalanmanın əhəmiyyətini qeyd edib və şagirdləri həkimin tövsiyələrinə əməl etməyə çağırıblar.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox