Azedu.az

Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

27 Fevral 2020, 10:15
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 29-da TOEFL imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında saat 09:30-da başlayacaq.

İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox