Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun həyata keçirdiyi “Hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlər verməyə başlayıb.
AMEA-dan AzEdu.az-a bildirilib ki, xidmətlərdən həftənin beş iş günü saat 10:00-dan 17:00-dək faydalanmaq mümkündür. Müraciət üçün (+994 12) 539-58-06 telefon nömrəsinə zəng etmək və ya Bakı şəhəri, H.Cavid prospekti, 115 ünvanına yaxınlaşmaq lazımdır. Hüquqi məsləhət almaq istəyənlər şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməlidirlər.